Ana Sayfa > Karusel / Dünya > Blatter və Platiniyə korrupsiya işi üzrə bəraət verilib

Blatter və Platiniyə korrupsiya işi üzrə bəraət verilib


8-07-2022, 12:31. Yazar: Admin

Blatter və Platiniyə korrupsiya işi üzrə bəraət verilib

FIFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya işi üzrə bəraət alıb.

Qarabaginfo.az "Apasport"a istinadən xəbər verir ki, bu qərarı İsveçrə Federal Məhkəməsi verib.

Ötən ilin noyabrında federal prokurorlar onları ittiham etmiş, FIFA tərəfindən Platiniyə qeyri-qanuni şəkildə 2 milyon İsveçrə frankı ödənildiyi iddia olunmuşdu. Onların 18 aylıq şərti həbs cəzası tələbi qəbul edilməyib.

Bellinzona şəhər məhkəməsi sabiq futbol funksionerlərinin bəraətinə qərar verib.


Geri dön