Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb

Çavuşoğlu Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb


8-07-2022, 11:33. Yazar: Admin

Çavuşoğlu və Lavrov G20 iclası çərçivəsində görüşüb

“Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüm”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçirilən toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.

“Ukraynadakı müharibə, taxıl ixracatı barədə müzakirələr apardıq. BMT-nin tövsiyələrini müzakirə etdik. Mən dünən həm də ukraynalı həmkarım Dmitro Kuleba ilə telefonla danışmışam.

Bugünkü iclasda Ukraynadakı müharibə ilə bağlı mövqeyimizi bir daha çatdırdım və ehtimal olunan nəticələr barədə fikir mübadiləsi apardıq”, - o bildirib.


Geri dön