Ana Sayfa > Karusel / Cəmiyyət > DİN-dən aksiya çağırışlarına XƏBƏRDARLIQ

DİN-dən aksiya çağırışlarına XƏBƏRDARLIQ


8-07-2022, 10:23. Yazar: Admin

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

 

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı  aksiyanın keçirilməsi yolverilməzdir.

 

Qeyd edilib ki, ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq:

 

"Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".


Geri dön