Ana Sayfa > Karusel / Gündəm > Putin: "Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”

Putin: "Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”


7-07-2022, 22:07. Yazar: Admin

Beynəlxalq Üzgüçülük Federasiyası Putinə verilmiş ordeni geri alıb - Ən son idman xəbərləri

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.

"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.

Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.


Geri dön