Ana Sayfa > Karusel / Gündəm > Üzgüçümüz Avropa çempionatının finalına yüksəldi

Üzgüçümüz Avropa çempionatının finalına yüksəldi


7-07-2022, 21:54. Yazar: Admin

Üzgüçümüz Avropa çempionatının finalına yüksəldi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə yenidən finala yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, iyulun 7-də təmsilçimiz 100 metr məsafəyə batterflyay üsulla üzmə yarışının təsnifat mərhələsində uğurla çıxış edib. Belə ki, idmançımız 54,11 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Təmsilçimiz iyulun 8-də medallar uğrunda mübarizə aparacaq.


Geri dön