Ana Sayfa > Karusel / Gündəm > Avropa Məhkəməsi Yunanıstanı cərimələyib
Avropa Məhkəməsi Yunanıstanı cərimələyib7-07-2022, 21:06. Yazar: Admin |
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) gəmi qəzasında ölmüş 11 qaçqının qohumlarının Yunanıstana qarşı iddiasına dair qərarını elan edib. Qarabaginfo.az-ın AİHM katibliyinə istinadla məlumatına görə, iddia təmin edilib. Qərarda göstərilir ki, Yunanıstan təfəri 20 yanvar 2014-cü ildə 27 miqrantı daşıyan gəmini qəsdən qəbul eməyərək geri qaytarıb. Qısa müddət sonra gəmi açıq dənizdə qəzaya uğrayıb. Gəmidə onlardan 11-i həyatını itirib. Digər tərəfdən, dövlət qurumları məsələni ciddi araşdırmayıb. Məhkəmənin qənaətinə görə, Yunanıstan Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncə və qeyri-insani rəftarın qadağan edilməsi) maddələrini pozub. 7 nəfərlik kollegiyanın qərarı ilə rəsmi Afina ölənlərin varislərinə 330 000 avro təzminat ödəməlidir. Geri dön |