Ana Sayfa > Karusel / Cəmiyyət > Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq

Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq


22-05-2020, 16:58. Yazar: Admin

 

 

Gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.


Geri dön