Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib7-07-2022, 17:18. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir. Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb. Geri dön |