Ana Sayfa > Karusel / Region > "İlk olaraq rədd oldu! Almaniyadan, Polşadan və Baltikyanıdan xəbərləri gözləyin..."

"İlk olaraq rədd oldu! Almaniyadan, Polşadan və Baltikyanıdan xəbərləri gözləyin..."


7-07-2022, 16:18. Yazar: Admin
"Consonun istefası Britaniyanın həyasızlığı və beynəlxalq aləmdə yarıtmaz siyasətinin məntiqi nəticəsidir"
Medvedev siyasətçilərdən ilk olaraq Boris Consonun istefası barədə məlumata münasibət bildirib
 
Böyük Britaniyanın baş naziri Boris Consonun ehtimal edilən istefası haqqında məlumatlardan sonra Rusiyanın sabiq prezidenti Dmitri Medvedev Almaniyadan, Polşadan və Baltikyanıdan xəbərləri gözləməyi təklif edib və bunu smayliklərlə paylaşıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
"Birinci olaraq rədd oldu",  - Medvedev belə yazıb və onun istefasını "Britaniyanın həyasızlığı və xüsusilə beynəlxalq aləmdə yarıtmaz siyasətinin qanunauyğun nəticəsi" kimi dəyərləndirib.
 
Rusiyanın sabiq prezidentinin son zamanlar sosial şəbəkələrdə fəallığı apogeyə çatıb: 
 
Bu günlər o, ABŞ və Qərbin ünvanına nalayiq ifadələr işlədib:
 
"Müharibənin murdar itləri dünyanı özlərinin iyrəc ulamaları ilə bezdirib".(moderator.az)
 
Xəbər verdiyimiz kimi, bir neçə saatdan sonra Dauninq-stritdə Boris Consonun Böyük Britaniyanın baş naziri postundan istefa verəcəyi elan ediləcək.
 
Bunu Zelenski üçün dəhşət, Putin üçün sevinc adlandırmaq olar.

Geri dön