Ana Sayfa > Karusel / Region > İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib

İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib


7-07-2022, 13:59. Yazar: Admin

Rusiya Ukraynanı təkzib etdi: “İlan adası bizim nəzarətimizdədir”

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.

Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.


Geri dön