Ana Sayfa > Karusel / Qarabağ > "Qarabağa status verilməsə, hamımız oradan köçəcəyik" - Ayryan

"Qarabağa status verilməsə, hamımız oradan köçəcəyik" - Ayryan


7-07-2022, 13:55. Yazar: Admin

 

“Qarabağa status verilməsə, biz ora qayıtmayacağıq, hamını oradan çıxaracağıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu iyulun 7-də Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Hadrut adına” ictimai təşkilatının rəhbəri Levon Ayryan deyib.

QHT rəhbəri deyir ki, Qarabağa status verilməsə, hamımız oradan köçəcəyik.

“Biz Ermənistan hökumətindən suallara aydın cavab tələb edirik: onlar bizi vətənimizə qaytarmağı düşünürlərmi, yoxsa niyə? Bu, Qarabağın statusu ilə bağlıdır. Əgər “respublika”ya status verilməsə, o zaman biz nəinki Qarabağa qayıtmayacağıq, həm də soydaşlarımızı oradan çıxarmağa çalışacağıq. Noyabrın 9-da qəbul edilən sənəddə qaçqınların öz yaşayış yerlərinə qayıtdıqları bildirilir. Əgər bizə qaçqın statusu verilməsə, o zaman Azərbaycan deyəcək ki, onlar Ermənistandan köçmüş, vətənlərinə qayıdan sakinlərdir. Və daha bir şey: Qarabağdan didərgin düşmüşlər üçün qəsəbə tikəcəklərmi, yoxsa, niyə tikilməyəcək?” – deyə Ayryan bildirib.

O, həmçinin əlavə edib ki, sabah məcburi köçkünlər Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında oturaq aksiyaya başlayacaqlar.(Konkret.az)


Geri dön