Ana Sayfa > Karusel / Region > Ruslar Ukraynanın taxıl anbarlarını bombaladılar

Ruslar Ukraynanın taxıl anbarlarını bombaladılar


7-07-2022, 12:50. Yazar: Admin

Ruslar Ukraynanın taxıl anbarlarını bombaladılar

Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Odessa şəhər administrasiyasının spikeri Sergey Bratçuk bildirib.

"Sübh çağı düşmən vilayət rayonlarından birinə iki raket atıb. İki kənd təsərrüfatı obyekti vurulub, 35 ton taxıl məhv edilib", - o qeyd edib.

Bratçukun sözlərinə görə, İlan adasının yanalma körpüsü də raket zərbəsi nəticəsində xeyli zədələnib.(Yenisabah)


Geri dön