Ana Sayfa > Karusel / Qarabağ > Azad olunmuş ərazilərdəki abidələrlə bağlı məlumatların yer aldığı sayt təqdim olunub
Azad olunmuş ərazilərdəki abidələrlə bağlı məlumatların yer aldığı sayt təqdim olunub7-07-2022, 11:45. Yazar: Admin |
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib. Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub: "Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur". Xidmət rəisi həmçinin vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib. Çıxışlar bitdikdən sonra saytın təqdimatı baş tutub.(Apa) Geri dön |