Ana Sayfa > Karusel / Gündəm > Dövlət Vergi Xidməti büdcə öhdəliyini 146,7% yerinə yetirib
Dövlət Vergi Xidməti büdcə öhdəliyini 146,7% yerinə yetirib7-07-2022, 11:25. Yazar: Admin |
Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib. Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu müddətdə dövlət büdcəsinə 6 mlrd. 482 mln. manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 mlrd. 64,6 mln. manat artıqdır. “Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur”, - Mikayıl Cabbarov əlavə edib. Geri dön |