Ana Sayfa > Karusel / Hadisə > Ordumuzun əsgəri özünü GÜLLƏLƏYİB

Ordumuzun əsgəri özünü GÜLLƏLƏYİB


6-07-2022, 17:44. Yazar: Admin

Azərbaycan Ordusunun hərbi qulluqçusunun intihar etdiyi barədə rəsmi məlumat yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaqinfo.az-a bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.


Geri dön