Ana Sayfa > Karusel / Region > Ermənistanda bankda partlayış olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Ermənistanda bankda partlayış olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb


6-07-2022, 14:40. Yazar: Admin
Ermənistanda bankda partlayış olub, bir nəfər ölüb, beş nəfər yaralanıb - YENİLƏNİB

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.

Qarabaginfo.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisəyə qaz sızmasının olduğu bildirilir. 

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.(Report)


Geri dön