Ana Sayfa > Karusel / Region > Ukrayna MN: "Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb"
Ukrayna MN: "Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb"6-07-2022, 11:58. Yazar: Admin |
“Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb”. Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib. “Bayrağımız oradadır, öz yerindədir. Rusiya ordusu havadan kəşfiyyat aparmağa çalışıb. Lakin silahlarımızın hazır vəziyyətdə olduğunu görüb, uzaqlaşıblar”, - o söyləyib. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyunun 30-da İlan adasından çıxmışdı. Məlumata görə, həmin günədək Rusiya ordusu İlan adası istiqamətində xeyli itki verib. Geri dön |