Ana Sayfa > Karusel / Dünya > Bayden Türkiyəyə F-16 satışına razılıq verdi

Bayden Türkiyəyə F-16 satışına razılıq verdi


6-07-2022, 09:01. Yazar: Admin

ABŞ Prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

 

"F-16 məsələsi ilə bağlı mövqeyimiz aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", - deyə Karin Jan-Pyer vurğulayıb.

 

Qeyd edək ki, Prezident Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu diqqətə çatdırıb.(modern.az)


Geri dön