Ana Sayfa > Karusel / Gündəm > Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb

Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb


5-07-2022, 23:46. Yazar: Admin

Ասկերանի շրջանի Խնձրիստան համայնքի տարածքում հայտնաբերվել է «Սմերչ» համազարկային կրակի ռեակտիվ համակարգից արձակված հրթիռակասետային ...

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

"Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.


Geri dön