Ana Sayfa > Karusel / Region > Azərbaycanda ayı parçaladığı deyilən uşaq təcavüzə uğrayıb?

Azərbaycanda ayı parçaladığı deyilən uşaq təcavüzə uğrayıb?


22-05-2020, 14:57. Yazar: Admin

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlana təcavüz edilməsi barədə iddia yayılıb.

Bildirilir ki, oğlan suvarma üçün arxa su qoymağa gedərkən gənc kişi tərəfindən zorakılığa məruz qalıb. İddia olunur ki, saxlanılan var.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib ki, məsələ ilə bağlı ilkin ekspertiza rəyi var:

“Uşaq vəhşi heyvanın hücumuna məruz qalıb”.

E.Zahidov söyləyib ki, uşağın təcavüzə məruz qalması və kiminsə saxlanılması barədə məlumatlar yalandır.
Oxu.az


Geri dön