Ana Sayfa > Karusel / Region > Azərbaycan İrəvandakı “Junior Eurovision”a qatılacaq? - AÇIQLAMA

Azərbaycan İrəvandakı “Junior Eurovision”a qatılacaq? - AÇIQLAMA


5-07-2022, 17:43. Yazar: Admin

Azərbaycanın bu ilin dekabr ayında Ermənistanda keçiriləcək uşaq Avroviziya (Junior Eurovision) mahnı müsabiqəsində iştirak edib-etməyəcəyi hələlik məlum deyil. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq İctimai televiziyanın (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

“Bununla bağlı hələ heç bir qərar yoxdur, buna görə də Azərbaycanın Ermənistanda keçiriləcək uşaq Avroviziya mahnı müsabiqəsində iştirak edib-etməyəcəyini indidən demək mümkün deyil”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə keçirilən "Junior Eurovision 2021" mahnı müsabiqəsində iştirak edən Ermənistan təmsilçisi "Qami Qami" mahnısı ilə birinci yerə çıxıb. Müsabiqənin şərtlərinə əsasən, növbəti yarışın bu ilin dekabrın 11-də Ermənistanın paytaxtı İrəvanda keçirilməsi nəzərdə tutulub. 

 

Son məlumatlara əsasən, İrəvanda keçiriləcək müsabiqədə iştirak üçün 13 ölkə müraciət edib. Azərbaycan da daxil olmaqla 5 ölkə hələ mövqeyini açıqlamayıb. Rusiya tərəfi bu gün açıqlama yayaraq, İrəvandakı yarışa qatılmayacağını bəyan edib.


Geri dön