"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil".
Bu barədə Qarabaginfoş.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır", deyə MN-in məlumatında vurğulanıb.