"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxs Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-03 və Blok-04, 7 ədəd 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) tikintisi və abadlıq işlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
Qarabaginfo.az xəbər verir ki, açıq tenderin predmeti Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-03 (Məhəllə 03) (Yaşayış evi-10, Yaşayış evi-11, Yaşayış evi-12, Yaşayış evi-13) və Blok-04 (Məhəllə 04) (Yaşayış evi-14, Yaşayış evi-15, Yaşayış evi-16) 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) tikintisi və abadlıq işlərinin satın alınması haqdadır.
Açıq tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İdarə eyni zamanda Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 və Blok-06, 8 ədəd 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satın alınması tenderi də elan edib.
Bu tenderin məqsədi isə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 (Məhəllə 05) (Yaşayış evi-17, Yaşayış evi-18, Yaşayış evi-19, Yaşayış evi-20), Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-06 (Məhəllə 06) (Yaşayış evi-21, Yaşayış evi-22, Yaşayış evi-23, Yaşayış evi-24 3-5 mərtəbəli yaşayış binalarının (avtodayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satın alınmasıdır.