Ana Sayfa > Karusel / Region > İranda vəba təhlükəsi - Yoluxma artır
İranda vəba təhlükəsi - Yoluxma artır5-07-2022, 11:00. Yazar: Admin |
İranda indiyədək 37 nəfər vəbaya yoluxub və ölüm halı qeydə alınmayıb.
Qarabaqinfo.az-ın məlumatına görə, bunu İranın Səhiyyə Nazirlyinin yoluxucu xəstəliklərin məsələləri üzrə idarəsinin rəhbəri Məryəm Məsudifər deyib.
Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə vəbaya yoluxma halları artıb. Ölkəyə gediş-gəlişlər artdığına görə, vəba infeksiyasına yoluxma halları da ötən illə müqayisədə artıb.
Nazirlik rəsmisi deyib ki, ölkənin bütün tibb universitetlərinə vəba infeksiyasına yoluxanların müalicəsi üçün göstərişlər verilib.
Məsudifər, həmçinin əlavə edib ki, vəba infeksiyası dünyada hələ də sağlamlıq üçün təhlükə sayılır. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə əsasən, 2020-ci ildə dünyada 24 ölkədə 323 mindən çox şəxs vəbaya yoluxub və 857 nəfər ölüb. Geri dön |