Azərbaycan və Böyük Britaniyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətləri görüşüblər.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri ATƏT PA-nın Birmingemdə keçirilən illik sessiyası zamanı səmərəli görüş keçirib.
Bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev özünün “Twitter“ səhifəsində məlumat verib.
O bildirib ki, tərəflər həm ikitərəfli formatda, həm də ATƏT PA çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.