Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə mikroavtobus aşdı - Yaralılar var

Türkiyədə mikroavtobus aşdı - Yaralılar var


4-07-2022, 19:41. Yazar: Admin

Türkiyədə mikroavtobus aşdı

Türkiyənin Mersinin şəhər Erdemli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

Qarabaginfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzada 4-ü ağır olmaqla 27 nəfər xəsarət alıb.

Bildirilib ki, qəzaya əyləcin boşalması mikroavtobusun idarəetməni itirməsi səbəb olub.

Ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.

Xəsarət alanlar Erdemli və Mersinin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.


Geri dön