Ana Sayfa > Karusel / Qarabağ / İnfrastruktur > Şuşada növbəti 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub
Şuşada növbəti 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub4-07-2022, 17:42. Yazar: Admin |
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib. Qoruq İdarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur. Şirkətlər avqustun 9-a kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-ə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər. Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub. Geri dön |