Ana Sayfa > Karusel / Qarabağ > İyunda azad edilən ərazilərdə 539 mina aşkarlanıb

İyunda azad edilən ərazilərdə 539 mina aşkarlanıb


4-07-2022, 16:52. Yazar: Admin

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

 

ANAMA-dan Qarabaqinfo.az-a verilən məlumata görə, iyunun 1-dən 30-a qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 303 piyada əleyhinə mina, 236 tank əleyhinə mina və 1273 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 2723,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Geri dön