Ana Sayfa > Karusel / Region > Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİ

Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİ


4-07-2022, 14:45. Yazar: Admin

Saatlı rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

 

Qarabaqinfo.az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

TƏBİB rəsmisinin sözlərinə görə, zəhərlənmə zamanı vəziyyəti ağırlaşan olmayıb.


Geri dön