Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya Ukraynanın dövlət büdcəsinə 1 milyard avro ayırıb
Ana Sayfa > Karusel / Region > Almaniya Ukraynanın dövlət büdcəsinə 1 milyard avro ayırıb

Almaniya Ukraynanın dövlət büdcəsinə 1 milyard avro ayırıb


4-07-2022, 13:36. Yazar: Admin

Almaniya Ukraynanın dövlət büdcəsinə 1 milyard avro ayırıb

Almaniya Ukraynanın dövlət büdcəsinə bir milyard avro məbləğində qrant ayırıb.

Qarabaginfo.az"ukranews.com"a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə vəsaiti Beynəlxalq Valyuta Fondunun Ukraynaya yardım məqsədilə donor ölkələrdən pul göndərilməsi üçün açdığı xüsusi hesab vasitəsilə Ukrayna dövlət büdcəsinə köçürülüb.

Bu vəsait hərbi vəziyyət dövründə prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Ümumilikdə, hərbi vəziyyətin tətbiqi başlayandan bəri Ukrayna maliyyə və büdcə sistemini dəstəkləmək üçün Almaniyadan artıq 1,3 milyard avro alıb.


Geri dön