Ana Sayfa > Karusel / Siyasət > Mövlud Çavuşoğlu: "Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır"
Mövlud Çavuşoğlu: "Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır"4-07-2022, 11:40. Yazar: Admin |
“NATO sammitindən bir neçə gün əvvəl Finlandiya və İsveç tələblərimizi qəbul etdi. Amma bəzi məsələlərdə fikir ayırılıqları var”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. “Madriddə müzakirələr davam etdi. Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. PKK NATO-nun terror siyahısındadır. İlk dəfə olaraq, YPG/PYD də NATO sənədlərinə düşdü. Finlandiya və İsveç NATO-ya üzvlük məsələdinə Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlığına hörmət etməlidir”, - o söyləyib. Geri dön |