Ana Sayfa > Karusel / Gündəm > "Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ
"Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ4-07-2022, 10:59. Yazar: Admin |
Bakıda "Bolmart" supermarketində kütləvi zəhərlənmə olub.
DİN-in Mətbuat xidmətindən Qarabaqinfo.az -a bildirilib ki, hadisə zamanı 28 nəfər zəhərlənib.
Bildirilib ki, zəhərlənmə "Bolmart"ın Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən filialında qeydə alınıb. Marketə təcili yardım çağırılıb. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.
TƏBİB-dən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib:
"14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar".
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır. Geri dön |