Ana Sayfa > Karusel / Gündəm > İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü
İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü3-07-2022, 20:19. Yazar: Admin |
İtaliyanın şimal-şərqindəki Marmolada buzlaqlarda çökmə baş verib. 6 nəfər ölüb. Qarabaginfo.az ANSA -nın yerli xilasetmə xidmətlərinə istinadən verdiyi məlumata görə, 10 nəfər itkin düşmüş hesab olunur . Səkkiz zərərçəkən, o cümlədən biri ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. La Repubblica qəzetinin məlumatına görə, 10-dan çox insan xilas edilib . Axtarış davam edir. Xilasetmə əməliyyatlarına 5 helikopter cəlb olunub. Zirvədə yeni temperatur rekordundan bir gün əvvəl havaların çox isti olması çökməyə səbəb olub. Ekspertlər xəbərdarlıq edir ki, yeni çökmə təhlükəsi hələ də qalmaqdadır. Xatırladaq ki, iki il əvvəl İtaliya Milli Tədqiqat Şurasının bir qrup alimi 10 ildən sonra Apennin adalarının şimal-şərqində eyniadlı ən yüksək dağda yerləşən Dolomitlərdəki bu ən böyük buzlaqın əriyəcəyini proqnozlaşdırmışdı. Müasir texnologiyalardan istifadə etməklə ətraflı monitorinq aparan alimlər müəyyən ediblər ki, 2004-cü ildən 2015-ci ilə qədər buzlaqın sahəsi 30% azalıb.
Geri dön |