Ana Sayfa > Karusel / Gündəm > Aİ Ukraynanın bərpası üçün 500 milyard avro ayırmağa hazırlaşır

Aİ Ukraynanın bərpası üçün 500 milyard avro ayırmağa hazırlaşır


3-07-2022, 20:09. Yazar: Admin

Aİ Ukraynanın bərpası üçün 500 milyard avro ayırmağa hazırlaşır

Avropa İttifaqının Ukraynanın yenidən qurulması üçün yardımı 500 milyard avronu keçə bilər.

Qarabaginfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyev iyulun 4-5-də İsveçrənin Luqano şəhərində ölkənin yenidən qurulması forumunda bərpa planını təqdim edəcək.

Bildirilib ki, 2000 səhifəlik sənəd infrastruktur və təhlükəsizlik layihələrinin, iqlimə və rəqəmsal iqtisadiyyata investisiyaların, enerji resurslarının şaxələndirilməsinin geniş siyahısını nəzərdə tutur.

Aİ rəsmiləri Ukraynanı keçən ay rəsmi olaraq namizəd kimi tanıyan 27 üzvlü blokun ona 500 milyard avrodan (523 milyard dollar) çox ola biləcək ümumi maliyyə yardımının əsas hissəsini təmin edəcəyini bildirib.


Geri dön