Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb3-07-2022, 16:43. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 371 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir. Ölkədə son sutka ərzində 2 117, hazırkı dövrədək isə 6 970 953 test aparılıb. Geri dön |