Ana Sayfa > Karusel / Gündəm > Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti təmin edib

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti təmin edib


3-07-2022, 14:04. Yazar: Admin

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti təmin edib

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

 

"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Lisiçansk şəhəri Luqansk vilayətində Ukraynanın nəzarətində qalan yeganə şəhər idi və Rusiya ordusu əsas diqqəti bu şəhərə nəzarəti təmin etməyə yönəltmişdi.


Geri dön