Ana Sayfa > Karusel / Gündəm > Təbii fəlakət: Ölənlərin sayı 173 nəfərə çatıb

Təbii fəlakət: Ölənlərin sayı 173 nəfərə çatıb


2-07-2022, 20:08. Yazar: Admin

Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 173 nəfərə çatıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlara güclü musson yağışları səbəb olub. nəticədə Brahmaputra çayı qolları ilə birlikdə sahillini basıb.

Bundan başqa, Manipur əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölən daha 20 nəfərin meyiti tapılıb.

İndiyədək 40 nəfərin taleyi məlum deyil.


Geri dön