Ana Sayfa > Karusel / Gündəm > Şavkat Mirziyoyev iğtişalar baş verən Nukusa gedib
Şavkat Mirziyoyev iğtişalar baş verən Nukusa gedib2-07-2022, 18:51. Yazar: Admin |
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşlar baş verən Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusa gedib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistanın "kun.uz" saytı məlumat yayıb. Bildirilib ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub. Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentin qərarı ilə ümumxalq müzakirələri iyulun 4-dək davam edəcək, daha sonra qanun layihəsi referenduma çıxarılacaq. Layihədə Konstitusiyanın 64 maddəsinə 200-dən artıq dəyişiklik təklif olunur. Onların arasında Özbəkistan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, ölüm hökmünün ləğv olunması, ölkə vətəndaşlarının xarici dövlətlərə verilməsinin qadağan edilməsi də var. Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir. Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də etiraz aksiyası keçiriblər. Geri dön |