Ana Sayfa > Karusel / Gündəm > Bazar günü yağış yağacaq

Bazar günü yağış yağacaq


2-07-2022, 12:05. Yazar: Admin

Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu Abşeronda gecə 21-23° isti, gündüz 30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Sabah Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.


Geri dön