Ana Sayfa > Karusel / Region > Rusiyanın Ukraynada verdiyi itkilər - SON RƏQƏMLƏR

Rusiyanın Ukraynada verdiyi itkilər - SON RƏQƏMLƏR


2-07-2022, 11:41. Yazar: Admin

Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikaların yeni statistikası açıqlanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən başlayan döyüşlər nəticəsində Rusiyanın 35 870 hərbçisi məhv edilib.

 

Bundan başqa, Rusiya ordusunun 1582 tankı, 3737 zirehli maşını, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə və 186 helikopteri, 653 operativ-taktiki PUA-sı, 144 qanadlı raketi, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikası sıradan çıxarılıb.


Geri dön