Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı zəvvarların sonuncu qrupu Həccə gedir

Azərbaycanlı zəvvarların sonuncu qrupu Həccə gedir


2-07-2022, 11:17. Yazar: Admin

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür.

 

Bu barədə Qarabaqinfo.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Qrupa 147 zəvvar daxildir. Bundan əvvəl isə 3 qrup Həcc ziyarətinə yola düşüb.

 

Qeyd edək ki, Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota verilib. Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər.


Geri dön