Ana Sayfa > Karusel / Gündəm > “Baş nazir olsaydım, ölkəyə piyada qayıdardım” - ETİRAF

“Baş nazir olsaydım, ölkəyə piyada qayıdardım” - ETİRAF


1-07-2022, 17:52. Yazar: Admin

NATO-nun Madriddə keçirilən sammitindən sonra Yunanıstanda çaşqınlıq yaşanır. 

 

Yunanıstanın keçmiş baş naziri, ölkənin müxalifət lideri Aleksis Çipras yerli hökumətin Madriddən böyük məğlubiyyətlə qayıtdığını etiraf edib.

 

Qarabaqinfo.az xəbər verir ki, Çipras hazırkı baş nazir Kiryakos Mitsotakisi tənqid edərək, onun fəaliyyətindən narazılığını dilə gətirib.

 

"Diplomatik məğlubiyyətlə üzləşdik. Mən baş nazir olsaydım və bu hadisə baş versəydi, eyni zamanda "TürkEge" Türkiyə tərəfindən reklam markası olaraq qeydə alınsaydı, Madriddən piyada qayıdardım”,- deyə A.Çipras bildirib.

 

O, hökumətin sammitin nəticəsindən razı qaldığına dair açıqlamaların qəbuledilməz olduğunu vurğulayıb.

 

"Finlandiya və İsveçin Türkiyəyə tətbiq etdiyi silah embarqosunun qaldırılmasına sevindikmi? Buna sevindiyimizi söyləmək olarmı? Ərdoğanın Rodos, Sakız Adası və Lesbosun suverenliyini gündəmə gətirməməsinə sevindiyimizi söyləmək olarmı?” - Çipras sual edib.

 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə dördtərəfli görüş keçirilib.

 

Görüşün əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi olub. İki saatdan artıq keçən danışıqların nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan veto hüququndan imtina edərək, Finlandiya və İsveçin Ankaranın tələblərini qəbul etmək şərti ilə NATO-ya daxil olmasına icazə verib.


Geri dön