Ana Sayfa > Karusel / Qarabağ > Laçından çıxarılacaq ermənilər Şuşanın kəndlərinə köçürüləcək
Laçından çıxarılacaq ermənilər Şuşanın kəndlərinə köçürüləcək1-07-2022, 17:46. Yazar: Admin |
Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər. Qarabaqinfo.az-ın məlumatına görə, özünü Qarabağ separatçılarının "ombudsmanı" kimi təqdim edən nümayəndəsi Geqam Stepanyan iyulun 1-də deyib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər. Geqam Stepanyan bildirib ki, hələ ki Laçın şəhəri, Zabux və Sus kəndlərinin erməni “sakinləri”nin təxliyyəsi üzrə iş aparılmır. Lakin o, həmin ermənilərin Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə qalmasını mümkün hesab etmir və bununla bağlı müvafiq addımlar atılacağını vurğulayıb. Xatırladaq ki, bu il Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək. Geri dön |