Ana Sayfa > Karusel / Sosial > Yoluxma azaldı, ölən olmadı - STATİSTİKA
Yoluxma azaldı, ölən olmadı - STATİSTİKA1-07-2022, 16:59. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.
Son sutka ərzində 2 653, hazırkı dövrədək isə 6 966 738 test aparılıb
Geri dön |