Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb
Ana Sayfa > Karusel / Region > Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb

Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb


1-07-2022, 06:08. Yazar: Admin

Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.


Geri dön