Ana Sayfa > Karusel / Gündəm > Goranboyun DYP rəisi vəzifəsindən azad edilib

Goranboyun DYP rəisi vəzifəsindən azad edilib


30-06-2022, 22:04. Yazar: Admin

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.


Geri dön