Ana Sayfa > Karusel / Region > Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoydu

Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoydu


30-06-2022, 16:41. Yazar: Admin

Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoydu

Ukraynanın İqtisadi təhlükəsizlik bürosu vergilərdən yayındığı üçün Rusiyanın bir milyard dollarlıq əmlakını həbs edib. 

Qarabaginfo.az “Prime”ə istinadən xəbər verir ki, bu barədə büronun başçısı Vadim Melnik bildirib.

“Vergidən yayınmaq üzrə çoxsaylı hadisələr aşkarlanıb. Praktik olaraq hər gün Rusiyanın hesablarını həbs edi və məbləği bir neçə milyon artırırıq”, - o vurğulayıb.

V.Melnik deyib ki, qanun pozuntuları ilə bağlı Rusiya vətəndaşlarının həbs edilən əmlakı 31 milyard qrivenə (bir milyard dollara yaxın) çatıb. 


Geri dön