Ana Sayfa > Karusel / Gündəm > Britaniya minatəmizləmə əməliyyatlarına əlavə 500 min funt sterlinq ayırıb

Britaniya minatəmizləmə əməliyyatlarına əlavə 500 min funt sterlinq ayırıb


30-06-2022, 15:02. Yazar: Admin

Böyük Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterqlinq vəsait ayırıb

“Böyük Britaniya hökumətinin regionda minaların təmizlənməsini dəstəkləmək üçün BMT-nin İnkişaf Proqramına (UNDP) əlavə 500.000 funt sterlinq ayırdığını elan etməkdən çox şadam”.

Qarabaginfo.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter“də bildirib.

Səfir qeyd edib ki, bu region dünyanın minalar və partlamamış hərbi sursatlarla ən çirklənmiş bölgələrindən biridir:

“Və ən əsası son ayrılan vəsait ANAMA-nın ərazi təhlükəsizliyini təmin etməsi, xəsarətlərin qarşısını alması və insanların həyatının xilas etməsinə dəstək olmaq üçün mühüm təlim və mütəxəssis məsləhətlərini təmin edəcək. Böyük Britaniya bu regionun minalardan təmizlənməsinə verdiyi dəstək indi 1 milyon funt sterlinqdən artıqdır. Mənim səfirliyim burada, həmçinin, qadınlar, sülh və təhlükəsizlik gündəliyinə də dəstək verir. Və inanırıq ki, bizim dəstəyimiz həm də yaxın gələcəkdə qadın minatəmizləmə qrupunun yaradılmasına kömək etmək də daxil olmaqla, Azərbaycanda minalarla mübarizədə gender mövzusunu əsas götürəcək”.


Geri dön