Ana Sayfa > Karusel / Qarabağ > 54 gün erməni mühasirəsində qalan yazıçının oğlu atasının XATİRƏLƏRİNDƏN DANIŞDI

54 gün erməni mühasirəsində qalan yazıçının oğlu atasının XATİRƏLƏRİNDƏN DANIŞDI


18-05-2020, 18:30. Yazar: Admin

 

Bu yay çimərlikləri də rezerv etdirmək olacaq

"Bu gün Laçının işğalı günüdür. 1992 ci ilin bu günü ermənilər Ermənistanla Qarabağ arasındakı ən vacib rayonu - Laçını işğal etdilər. Bir bu gün yox, ilin hər günü laçınlılar evlərinə qayıdacaqları günü gözləyirlər".

Qarabaginfo.az xəbər verir ki, bunu 18 may Laçının işğalı günü haqqında 90 FM İctimai Radioya "Gülnarın verilişi"nə dəvət olunmuş, 54 gün düşmən mühasirəsində qalan və oradan sağ qurtulan, daha sonra isə başına gələnlər haqda kitab yazan Əli Əliyevin oğlu İmdad Əlizadə deyib.

Əli müəllim 3 il öncə dünyasını dəyişib. Amma yazdığı kitab və danışdığı xatirələr yaşayır. İmdad Əlizadə həmin tarixi hadisələri indiyə qədər olduğu kimi xatırladığını danışıb. Baxmayaraq ki, Laçın işğal olunanda onun 12 yaşı var idi. Bütün keşməkeşlərdən keçən, torpaqlarını düşmənə təslim etmək istəməməyə görə Əli Əliyev bir neçə silahdaşları ilə Laçına qayıdıb orada dağlarda gizlənməyi planlayıb. Məqsəd isə o olub ki, Azərbaycan ordusunun bölmələri rayonu ermənilərdən təmizləmək üçün gələrsə, dağlardan enib onlara kömək etsinlər. Bu gözləmə 54 gün çəkib. İmdad danışır ki, atamdan heç bir xəbər gəlmədiyinə görə qohum - əqraba elə bilirdi ki, başına bir iş gəlib.

"Hamı bu fikirdə idi ki, atam artıq həyatda deyil. Bir tək anasından başqa. Nənəm inanırdı ki, atam sağdır və bir dəfə belə ağlamadı. Hər dəfə deyirdi ki, Əli qayıdacaq".

Maraqlıdır ki, Əli Əliyevin mühasirədən çıxması xəbərini qohumlardan biri xəbər verərkən, anası inanmayıb. "Öz gözümlə görməsəm, inanmaram" deyib. İki aya yaxın oğlunun sağ qalmasına inanan və inandıran ana oğlunun qayıtması xəbərinə də şübhə ilə yanaşıb. Bu Azərbaycan qadınının sərtliyi və ürəyiyumşaqlığı arasında incə xətti çox gözəl göstərir. İmdadın danışdıqları arasında ən incə məqam isə Laçına getməyin və dünya gözü ilə bir daha o torpaqları görmək üçün müxtəlif yollar axtarması idi.

"Hətta fikirləşmişəm ki, xəstələnsəm və öləcəyimi bilsəm, son arzum kimi Laçını görmək istədiyimi müxtəlif təşkilatlardan xahiş edəcəm. Və deyəcəm ki, mənə bu yolda kömək göstərsinlər" - deyə İmdad verilişin əvvəlində danışıb. Övladlarına danışdığı bütün nağılların Laçında baş verdiyini deyən İmdad gözəl günlərin birində Laçına qayıdacaqları ümidini itirmədiyini xüsusi vurğulayıb. "Kazus"

 


Geri dön