Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


29-06-2022, 16:34. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 292 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, üç və daha çox doza vaksin vurduranların sayı 1 349, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 184 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 764 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 354 028, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 487, üç və daha çox doza vaksin vurduranların sayı 3 307 795, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 097 təşkil edir.


Geri dön